Ərəb mətbuatı Nizami Gəncəvidən yazdı

Birləşmiş Ərəb Əmirliyində ingilis dilində nəşr olunan nüfuzlu "Arabian gazette" qəzetində jurnalist Rahma Raşdinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından bəhs edən yazısı dərc olunub. "OLAYLAR"-ın Heydər Əliyev Fonduna istinadən verdiyi xəbərə görə, "Nizami Gəncəvi-böyük romantik və epik şair" sərlövhəli yazıda Parisin Məktublar və Əlyazmalar Muzeyində, Strasburqun Reyn sarayında dahi şairin yaradıcılığına həsr olunmuş sərgilərdən də danışılır, bu sərgilərin Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirildiyi bildirilir. Məqalədə, Nizami Gəncəvinin (1141-1209) XII əsrdə intibah dövrünün və Azərbaycanın böyük filosof şairi olduğu, onun "Leyli və Məcnun" əsəri əsasında eyni adlı tamaşanın hazırlandığı, bu poemanın Şekspirin "Romeo və Culyetta" əsərindən xeyli əvvəl qələmə alındığı və dünyada məşhur olduğu xatırlanır. Qəzetdə Parisdə və Strasburqda Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən sərgilərdən fotolar da dərc olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31