Məhəbbət Kazımovun oğlu danışdı
Bu gün səhər saatlarında epilepsiya nəticəsində dünyasını dəyişən Azərbaycanın əməkdar artisti sabah dəfn ediləcək
27 Yanvar 2014 14:29 MədəniyyətBu gün səhər saatlarında vəfat edən Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımov sabah dəfn ediləcək. ANS PRESS-in mərhumun evində olan əməkdaşınıən verdiyi məlumata görə, hələlik sənətçinin harada dəfn ediləcəyi dəqiq bəlli deyil.
Mərhumun oğlu Rəşid Kazımovun verdiyi məlumata görə, yaxınları onun Bərdə də dəfn edilməsini istəyirlər. "Amma biz Bakıda dəfn etməyi düşünürük".
O, atasının şəkər xəstəliyindən əziyyət çəkdiyini deyib. "Qripə yoluxmuşdu. Bu xəstəlik atama pis təsir etdi. Onun vəziyyətini ağırlaşdırdı".
Bu gün sənətçi ilə vidalaşmağa onun sənət dostları - Baloğlan Əşrəfov, Manaf Ağayev,Yusif Mustafayev və başqaları gəliblər.
Baloğlan Əşrəfov bu gün yaxın dostunu itirdiyini deyib. "Azərbaycan mədəniyyəti öz dəsti xətti olan sənətkarını itirdi. Mən Türkiyədə müalicə ediləndə Məhəbbət məni yanlız buraxmayıb. Onun bizi belə tez tərk etməsini gözləmirdik". ans