Rafet El Romanın konsertində maraqlı anlar yaşanıb
27 Yanvar 2014 12:04 MədəniyyətMaraqlı anlar Rafet El Romanın konsertində yaşanıb. Konsertdə qızı Su ilə duet oxuyan müğənni üçün keşmiş həyat yoldaşı Tuğbanın gəlişi də sürpriz olub. Hazırki sevgilisi Ceren Kalpakarslandan ön cərgədə əyləşən Tuğba Alparslan haqqında çıxan dedi-qodulara media vasitəsilə münasibət bildirib: "Deyirlər ki, qızlarımın qulağını doldururam. Bütün bunlar yalandı. Bundan sonra haqqımda bu cür şayiələr dolaşarsa qanuni yollarla məsələni həll edəcəyəm". O qızının ifasına münasibət bildirərəkən "onun gələcəyinin uğurlu olacağını düşünürəm, çox istedadlıdı" deyə fikir bildirib. Konsert sonrası müğənni mediaya qızları ilə sevgilisi arasındakı münasibətlərdən bəhs edərək hazırda qızları ilə sevgilisi Ceren arasında münasibətlərin normal olduğunu dilə gətirib. "OLAYLAR" İA.