Əmrahdan sevgilisinə 100 minlik hədiyyə
24 Yanvar 2014 20:04 MədəniyyətTürkiyəli müğənni Əmrah sevgilisi Sibel Kirerə avtomobil hədiyyə edib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Minni Cooper Contryman" markalı maşının dəyəri 100 min lirədir (təxminən, 40 min AZN). Əmrah həmkarı olan Sibellə anasının münasibətlərindən danışıb:
"Anamla Sibel məndən yaxın olublar. Biz mübahisə edən kimi anam onun tərəfini tutur. Çox yaxşı anlaşırlar. Anam evlənməyimizi, nəvə sahibi olmağı istəyir. Mən də bunun tərəfdarıyam. Yəqin ki, yayda toyumuz baş tutacaq".
Qeyd edək ki, Əmrahla S. Kirer 3 ildir, birlikdədirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31