Alişan Bakıya gəlib
Azərbaycanlı prodüser Anar Mədətov həmin toyun təşkilatçığını edir
24 Yanvar 2014 17:56 MədəniyyətTürkiyənin məşhur müğənnisi Alişan bu gün Azərbaycana gəlib. İfaçının gəlişinin səbəbi isə Bakıda iş adamlarından birinin toyunda iştirak etməsidir. Həmin el şənliyində Alişanla yanaşı Rusiyanın tanınmış "Slivki" qrupunun solisti cazibədar Karina Koks da iştirak edəcək.
Onlar bu gün paytaxtdakı şadlıq saraylarından birində baş tutacaq məclisdə birgə iştirak edəcəklər.
Ulduzların iştirakı ilə keçiriləcək toyun təşkilatçısı azərbaycanlı prodüser Anar Mədətovdur. Anar bəy Alişanla birgə çəkdirdiyi fotosunu İnstaqran səhifəsində paylaşıb.
Həm Alişanın həm də Karina Koksun şəklini sizə təqdim edirik. Qeyd edək ki, Alişan müğənni Yeganə ilə birgə 2008-ci ildə Bakı səhnəsinə çıxıb. O repertuarında yer alan ən hit mahnıları pərəstişkarlarına ərməğan edib. Sənətçi bunun Azərbaycanda artıq beşinci konserti olduğunu bildirib. ans