Hande Yener sevgilisinə stəkan atdı

Öyütün ifaçı ilə birlikdə olarkən ona xəyanət etdiyi, müğənninin bu səbəbdən aqressiv davrandığı iddia edilir

Türkiyəli müğənni Hande Yener yenidən qalmaqal ilə gündəmə gəlib. Türkiyə mətbuatının verdiyi məlumata görə, ifaçı keçmiş sevgilisi olan Ozan Öyüt ilə aralarında xoşa gəlməz anlar yaşanıb. Bir müddət öncə yollarını ayıran cütlük ötən gecə İstanbulun Etilər səmtində gecə klubunda rastlaşıb.
Bir neçə dəqiqə sonra tərəflər arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən Hande Yener içki ilə dolu stəkanı Ozana atıb. Ətrafdakılar sənətçini sakitləşdirib. Öyütün H. Yenerlə birlikdə olarkən ona xəyanət etdiyi, müğənninin bu səbəbdən aqressiv davrandığı iddia edilir.
Qeyd edək ki, cütlük 2013-cü ilin son aylarından etibarən münasibətə başlamışdılar. Müğənni ilə çox az zaman birlikdə olmaqlarına baxmayaraq Öyüt keçmiş sevgilisi ilə münasibətinə davam edib. Bundan xəbər tutan Hande elə həmin gün gənc bəy ilə yollarını ayırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31