Türk serial ulduzu barədə şok qərar

Ötən il Türkiyənin bir neçə şəhərində narkoticarətlə məşğul olan mütəşəkkil cinayət qruplaşmaya qarşı həyata keçirilmiş polis əməliyyatında tutulan 52 nəfər arasında tanınmış aktyorlar Çağatay Ulusoy, Gizem Karaca, Cemal Hünal və digərləri də vardı.
Tutulanlar arasında aktrisa Selen Sevyen Katırcıoğlu da yer almışdı. Milli.Az AHT-yə istinadən bildirir ki, "Avrupa Avrupa" serialındakı rolundan sonra məşhurlaşan aktrisa "istifadə etmək üçün narkotik maddə satın almaq, qəbul etmək və saxlamaq"da suçlanıb.
Prokurorluq aktrisanın 2 il müddətinə azadlıqdan məhrum olunmasını istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31