Mingəçevir teatrının qurucusu vəfat etdi

İbrahim Salamov: “Bu inanılmaz idi, hər şey qəfil baş verdi”

Azərbaycanın tanınmış rejissoru İldırım Cabbar qəflətən vəfat edib. Mərhum yanvarın 23-də Mingəçevir şəhərində dəfn edilib. İ.Cabbarın dəfn mərasimində Mingəçevir Dövlət Dram Tetarının onunla birgə çalışmış əməkdaşları iştirak edib. Sənət dostunun ölümündən sarsıldığını deyən MDDT-nın aktyoru İbrahim Salamov bildirdi ki, Azərbaycan incəsənəti İ.Cabbarın ölümü ilə Mingəçevir teatrının qurucusunu itirdi. "İldırım müəllim dəmir kimi bərk insan idi. Heç bir xəstəliyi yox idi. Hər şey qəfil baş verdi. Bu inanılmaz idi. Bir də baxdıq ki, İldırım müəllim yoxdur. Mingəçevirdə İldırım Cabbar adını çox sevirlər". Qeyd edək ki, İldırım Cabbar Bəhram oğlu 1935-ci ildə Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində doğulub. ADMİU-nu, daha sonra Moskva Ali Rejissorluq məktəbini bitirib. C.İldırımın ilk çalışdığı yer Füzuli Xalq Teatrı olub. Rejissor daha sonra Naxçıvan Tetarında çalışıb. 1968-ci ildə iş yerini MDDT-ya dəyişib. Mingəçevir tetarının qurucusu da məhz C.İldırımdır. MDDT-nın açılışında nümayiş etdirilmiş Cəfər Cabbarlının "Almaz" tamaşasının rejissorudur. MDDT-da 60-dan çox tamaşanın quruluşçu-rejissoru olub. Aktyor kimi 40-dan çox tamaşada səhnəyə çıxıb. Mədəniyyət və Turizm Nazirliyi  və Mingəçevir şəhər İcra hakimiyyəti tərəfindən çoxlu sayda fəxri fərman və diplomlara layiq görülüb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31