Rəqsanə Eltonun produsseri ilə işləyəcək
23 Yanvar 2014 16:17 MədəniyyətMüğənni Rəqsanə İsmayılova sənət dostu Eltonun keçmiş prodüsseri Anar Mədətovla işləməyə qərar verib. Anarın ideyası ilə bir neçə layihələr düşünən Rəqsanə xanım bu istiqamətdə ilk planlarını açıqlayıb: "Anarla işləmək mənə rahat gəldi. Həm insanı keyfiyyətini bəyənirəm, həm də işini bilən peşəkardır. Anara qədər yanımda işindən razı qaldığım komandam olub. Anarla bu birliyi tamamladıq. Prodüsserimin ideyasına əsasən Moskvada rus dilində silsilə mahnılar lentə yazılacaq. Bu məqsədlə bu ayın 28-i Moskvaya yola düşürük. Mahnılar mənim köhnə repertuarımdan seçilir. Hələlik "İnanımmı", Bivəfa"nın adını çəkə bilərəm. Həmin mahnılara Moskvada söz yazılacaq" - deyən Rəqsanə Anar bəyin gəlişi ilə planlarına bir qədər dəyişiklik etdiyini bildirib. "Əslində, həmin ərəfədə İstanbulda olmalı idim. Orada tamamlanmalı işlərimin həllini bu səbəbdən gələbn aya saxladıq. Bir müddət sonra publika məni hələdə sevilən mahnılarımla, amma rus dilində eşidəcək". ("OLAYLAR"İA)