Nejat İşlər İstanbula gətirildi VIDEO

Türkiyəli aktyor Nejat İşlər İstanbula gətirilib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin müalicəsinin orada davam etdirilməsi məqsədəuyğun hesab edilib. Süni tənəffüs cihazı ilə qalan 41 yaşlı aktyor təcili yardım təyyarəsi ilə aparılıb. Yanvarın 17-dən Bodrum Acıbadem Xəstəxanasında müalicə olunan Nejatın həkimi bu haqda danışıb:
"İstanbula transfer N. İşlərin ailəsinin xahişi ilə baş tutdu. Bu istəklərini bir neçə gün əvvəl bildirmişdilər. Lakin xəstənin vəziyyəti buna imkan vermirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31