İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək
23 Yanvar 2014 13:30 MədəniyyətTürkiyənin İstanbul şəhərində Avropa Azərbaycan Cəmiyyətinin və Türkiyənin nüfuzlu vəqflərindən olan Suna və Kıraç Fondu tərəfindən yaradılan Pera Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Film Festivalı keçiriləcək.
Festivalda "Arşın mal alan", "Yarasa", "Buta", "Qala", "İlahi məxluq", "40-cı qapı", "Çovkan" və "Çölçü" kimi müxtəlif illərdə istehsal olunan Azərbaycan filmləri nümayiş olunacaq. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31