Madonna evində delfin saxlayır?

Pop musiqisinin kraliçası Madonna haqqında yeni məlumat yayılıb.Axşam.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, müğənninin evində delfin saxladığı iddia edilir.

Dünya şöhrətli ifaçının Dubaydakı mənzilində böyük akvarium düzəltdirdiyi və içində 2 delfin bəslənildiyi bildirilir. Bu xəbərlər sənətçinin pərəstişkarları, xüsusilə, heyvansevərlər tərəfindən birmənalı qarşılanmayıb.

Madonnaya yaxın mənbə isə məlumatın həqiqətəuyğun olmadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31