Bəstəkar Hadisəni məhkəməyə verdi
23 Yanvar 2014 19:04 MədəniyyətTürkiyəli müğənni Hadisənin reklam əməkdaşlığı etdiyi "Trendyol" şirkətini məhkəməyə verdiyini bildirmişdik.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəstəkar Ender Gündüzlü hər iki tərəfdən məhkəməyə şikayət edib.
Sənətçi reklam çarxında onun bəstələdiyi "Aşk kaç bədən geyər" mahnısından istifadə edildiyi və ona təzminat ödənmədiyi üçün narazıdır. E. Gündüzlü 200 min lirə (təxminən, 80 min AZN) təzminat tələb edir.
Qeyd edək ki, "Trendyol"la Hadisə 500 min avroluq müqavilə bağlasa da, şirkət pulun yarısını ödədikdən sonra anlaşmanı ləğv edib. Hadisə bu səbəbdən adıçəkilən şirkəti məhkəməyə verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31