50 yaşlı Hollivud ulduzu ilk dəfə evlənir

Aktyor Conni Depp subaylığın daşını atır. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Hollivud ulduzu həmkarı Ember Hördlə ailə quracaq. Bu, 50 yaşlı Deppin ilk rəsmi evliliyi olacaq. Mediada Emberin nişan üzüyü ilə fotosu da yayılıb. Cütlüyün münasibəti 2011-ci ilin payızında başlayıb.  Qeyd edək ki, C. Depp daha əvvəl 14 il Vanessa Paradi ilə birgə yaşayıb. İki övlad sahibi olan tərəflər nikaha girməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31