Məşhur caz ifaçısı Bakıya gəlir

Məşhur caz ifaçısı, üç "Qremmi" və "Toni" mükafatı laureatı Di Di Bricuoter  fevralın 12-də Bakıda Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsert proqramında məşhur kompozisiyalarını, eləcə də tanınmış amerikalı caz ifaçıları Ebbi Linkoln  və Billi Holideyin  repertuarından əsərlər ifa edəcək. Əsl adı Dennis Qarret olan olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulub. Karyerasına vətənində başlasa da, onun istedadı Fransada kəşf olunub. Müğənni 1980-ci ildə Fransaya köçüb və bir neçə il ərzində Avropanın bütün caz fetivallarında iştirak edib, özünün orkestrini yaradıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31