Məczub Təbrizinin divanı ilk dəfə çap edilib

"Elm və təhsil" nəşriyyatında Səfəvilər dövründə yaşamış görkəmli Azərbaycan alimi və şairi Məczub Təbrizinin anadilli divanı ilk dəfə olaraq çap edilmişdir.
Kitabı filologiya elmləri dok¬toru Paşa Kərimov və filologiya üzrə fəlsəfə dok¬to¬ru Məsiağa Məhəmmədi nəşrə hazırlamışlar.
Məhəmmədəli Hüseyni və Paşa Kərimov kitaba yazdıqları ön sözdə Məczub Təbrizinin əlyaz¬maları Leyden Universiteti Kitabxanası və Qahirə Milli Kitabxanasında saxlanan divanı, elm və anadilli poeziyamızın inkişafındakı xidmətləri barədə məlumat vermişlər. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31