Sinan Ebruya görə İstanbuldan köçür

Türkiyəli müğənni Sinan Akçıl İstanbuldan köçməyə qərar verib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı Tuzla bölgəsində yeni villa bəyənib.
 Sənətçi yaxın günlərdə sənədləşmə işlərini həll edərək yeni evinə sahib olacaq. Sinanın köçməsinə səbəb sevgilisi, model Ebru Şallı ilə vaxtını keçirə bilməməsidir. Belə ki, İstanbulun Acarkənd səmtində olan hazırkı villada paparatsilər cütlüyə rahatlıq vermir. Bu səbəbdən tərəflər Tuzlaya köçməyə qərar verib.

Qeyd edək ki, S. Akçıl və E. Şallı gözdən uzaqda olmaq üçün tez-tez ölkə xaricində görüşürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31