Halil Sezai ölümdən döndü
22 Yanvar 2014 19:48 MədəniyyətTürkiyəli müğənni Halil Sezai ölümdən qayıdıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Avstriyada zəhərlənib.
İfaçı Vyanaya konsert üçün yola düşməzdən əvvəl gecəni studiyada keçirib. Avstriyaya çatdıqdan sonra gəzintiyə çıxan, daha sonra konsert verən Halil yorğun halda otelə qayıdıb. Buna baxmayaraq, yata bilməyən müğənni yuxu dərmanı içib. Səhər sənətçinin otağına girən köməkçisi onu əlləri, üzü şişmiş halda yataqda görüb. Bir günlük müalicədən sonra Halil Sezai özünə gəlib və Türkiyəyə qayıdıb. Müğənninin ağır zəhərlənmə keçirdiyi müəyyən olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31