Meladze boşandı

Rusiyanın məşhur müğənnisi Valeriy Meladze həyat yoldaşı İrinadan boşanıb. Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, boşanma bir neçə dəqiqə ərzində reallaşıb. Məhkəmənin qərarına görə, cütlüyün həddi-buluğa çatmamış qızları -14 yaşlı Sofiya və 10 yaşlı Arina anaları ilə yaşayacaq. Valeriy və İrina əmlak bölgüsü mövzusunda da razılığa gələ biliblər. Belə ki, Meladze Moskvadakı evini və avtomobilini həyat yoldaşına verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31