Namiq Qaraçuxurlu polisə çağrılıb VIDEO
22 Yanvar 2014 11:14 MədəniyyətNamiq Qaraçuxurlu ifadəsi alınmaq üçün Nizami rayon polis şöbəsinə çağrılıb. Polis şöbəsinin müstəntiqi ona haqqında şikayət ərizəsi olduğunu, adam bıçaqlamaqda ittiham edildiyini, şübhəli şəxs qismində dindirildiyini bəyan edib. O, bütün bu ittihamları rədd edib.
Nəzərinizə çatdıraq ki, bu hadisə tanınmış sənətçinin Murad Qəhrəmanov obrazını canlandırdığı, yüz minlərlə tamaşaçının böyük maraq və diqqətinə səbəb olmuş "Toy gecəsi" bədii televiziya serialının 16-cı bölümündə baş verib. Səbinəylə birlikdə güclü alovun içindən - yandırılan evdən son anda qurtula bilən Murad bıçaqlanan Elnurun ifadəsinə əsasən polis şöbəsinə dəvət edilir. Şəxsi həyatında da kifayət qədər problemlər olan Murad nişanlısı Aydanı Zaurla yaxalayır. Aydanla mübahisələri pik həddə çatan vaxt ona polisdən zəng gəlir. Əgər günahsızlığını sübut edə bilməsə, onu həbs edə bilərlər. Digər tərəfdən, Gülya Kərimə Aslanın Cəlili öldürdüyünü bildirir. Kərim bu xəbəri atasına çatdırandan sonra təşvişə düşən Aslan vəziyyətdən çıxış yolu axtarmağa başlayır. Sonda o, Gülyanı zəhərlədərək öldürmək qərarına gəlir. Amma Aslan özü öz qurduğu tələyə düşür. Və...
Bütün bu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, "Toy gecəsi" bədii televiziya serialının nəfəs kəsən 16- cı bölümünü bu gün axşam saat 19.00-da ATV kanalında izləməyi unutmayın.