Janna Friskenin müalicəsinə artıq külli miqdarda pul toplanıb
Məşhur müğənninin müalicəsinə ailənin vəsaiti qalmayıb
21 Yanvar 2014 18:49 MədəniyyətBeynində bədxassəli şiş aşkarlanan müğənni və teleaparıcı Janna Friskenin müalicəsinə 55 milyondan rubldan çox vəsait yığılıb. lifenews.ru-nun verdiyi məlumata görə, vəsaiti "Rusfond" xeyriyyəçilik təşkilatı müğənninin aparıcı kimi fəaliyyət göstərdiyi "Pervıy kanal" telekanalı ilə birlikdə yığır. Atası 39 yaşlı Jannanın xaricdə müalicəsinə ailənin bütün büdcəsinin sərf olunduğunu bildirib. Doğmaları və bütün dünyadan olan pərəstişkarları, səhnə yoldaşları müğənniyə görə narahatdırlar.
Xatırladaq ki, Janna Friskenin yaxınları onun xəstəliyi barədə yanvarın 20-də rəsmi bəyanat yayıblar. Müğənninin vətəndaş nigahlı əri Dmitriy Şepelev də KİV-lərin suallarını cavablandırmaq məcburiyyətində qalıb və Jannanın ağır xəstə olduğunu açıqlayıb. ans