Kıvanç Tatlıtuğdan sevənlərinə ismarış

Türkiyəli aktyor və model Kıvanç Tatlıtuğ pərəstişkarlarına və həmkarlarına ismarış göndərib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda "Kurt Seyid və Şura" teleserialının çəkilişləri üçün Rusiyada olan sənətçi bir neçə gün əvvəl aldığı mükafata görə qürur duyduğunu bildirib:

"Türkiyənin kino sahəsində ən dəyərli mükafatlarından birini təqdim edən "SİYAD" ("Sinema yazarları dərnəyi" - red.) tərəfindən "İlin ən yaxşı kişi aktyoru" seçildiyim üçün fəxr edirəm. Bildiyiniz kimi, çəkilişlər hazırda Türkiyədə olmağıma imkan vermir. Bunun üçün çox təəssüflənirəm. Təltif olunan hər kəsi təbrik edirəm".

Qeyd edək ki, "Kurt Seyid və Şura" serialının çəkilişləri Rusiya və Türkiyədə baş tutacaq. K. Tatlıtuğ və film heyəti hazırda Sankt-Peterburqdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31