Tural Bakuvi “Qış” kompozisiyasını təqdim edib VIDEO
21 Yanvar 2014 16:55 MədəniyyətBundan daha öncə "Payız", "Bahar" və "Şərq" adlı kompozisiyalar hazırlamış bəstəkar "OLAYLAR"a açıqlamasında bildirib ki, sözügedən kompozisiyanın üzərində 2 aya yaxın çalışıblar: "Bu kompozisiya eyni zaman istedadlı rejissorumuz Samir Qulamovun çəkdiyi "Canavar qoxusu" bədii filminin soundtracklərindən biridir. Aranjimanı Ramal Rəsula aid əsərin tar ifası Şəhriyar İmanova, kamança ifası Rəcəb Rəcəbliyə, alt və skripka ifaları isə Çingiz Əliyevə aiddir. Ümidvaram ki, "Qış" da ən az "Payız", "Bahar" və "Şərq" qədər seviləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31