Xeyriyyə məqsədli sərgi keçiriləcək
21 Yanvar 2014 14:03 MədəniyyətYanvarın 24-də tanınmış sənət adamı - şair-publisist, rəssam Adil Mirseyidin növbəti - ikinci fərdi sərgisi keçiriləcək.
"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi bu sənət tədbiri "satış-sərgi" janrında keçiriləcək və xeyriyyə xarakteri daşıyacaq. İB-nin məlumatına görə, Adil Mirseyidin səhhətində uzun müddətdir davam edən problemlər onun uzunmüddətli ciddi müalicə almasını zəruri edib və bu səbəbdən "satış-sərgi"dən əldə ediləcək vəsait onun tədbirdə iştirak edən ailə üzvlərinə təhvil veriləcək ki, sənətçinin müalicəsi prosesinə bir dəstək olsun.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31