Bülent Ərsoyun proqramı yayımdan qaldırıldı

DP Yapım Şirkətinin rəhbəri Mehmet Fevzi Siverek bu həftədən etibarən "Bülent Ersoy  Show" proqramının yayımlanmayacağını deyib. O bu həftədən etibarən yeni proqramın yayımda olacağını söyləyib: "Show Tv-də bazar axşamları eyni saatda müğənnilərdən ibarət münsif heyətinin yer alacağı bir proqram yayımlanacaq". Siverek "Bülent Ersoy Show"nun yayımından öncə rəhbərliyə müraciət etdiyini, fikir ayrılıqlarına rəğmən proqramın yayımını təşkil etdiyini söyləyir: "Bülent Ərsoyun aparıcısı olduğu proqramın yayımından öncə rəhbərliyə müraciət etdim. Rəhbərlik mənə Bülent xanımın problemli olduğunu demişdi. Bu ifaçının proqramının yayımlanmasına razı olmasalar da, inad edərək təklifimi qəbul etdirdim. İndi onların haqlı olduğunu anlayıram. Artıq 17 həftə idi ki, birgə işləyirdik. Bunun nə qədər çətin olduğunu işçi heyətimiz yaxşı anlayır. O adamla heç kəs işləməzdi, biz işlədik. Öncə proqram heyətində bizimlə birgə işləyən tərəfmüqabillərimiz arasında problemlər yaratdı, bir çoxlarını qrupdan uzaqlaşdırdı, arada çaxnaşma, inciklik yaratdı. Canlı yayımda ağzına nə gəldi danışırdı, geylərdən ibarət bir heyəti də vardı. Nə qədər çalışsaq da onu  həmin qruplaşmadan uzaqlaşdıra bilmədik". Yayım təşkilatçısı müğənninin borc-xərc içərisində olmasının proqram üçün də problemlər yaratdığını söyləyir: "Canlı yayıma bahalı geyimlərlə çıxırdı. Həmin geyimlərin pulunu ödəməməsi onun üçün deyil, bizə problem yaradırdı. Artıq hər şey pik nöqtəsində çatmışdı. Son yayımda 17-18 yaşlı qızı səbəbsiz yerə qolunda tutub auditoriyadan uzaqlaşdırması yayımın dayandırılması üçün rəvac yaratdı. Bu cür hərəkəti vicdanıma sığışdıra bilmərəm. Artıq onunla yollarımızı ayırmışıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31