Müğənni Niyam Səlaminin yaradıcılıq işlərindən xəbər var VIDEO

"OLAYLAR"az-a açıqlama verən müğənnin produsseri Rəmzi Baxışov bildirib ki, Niyam, sözləri Sərvər Şahbəyliyə, musiqisi Asif Kərimova məxsus "Axtarma məni" adlı yeni mahnı ifa edib. Produsserin sözlərinə görə, müğənni xeyli müddətdir ki, bu mahnını ifa etmək niyyətində imiş: "Niyam Səlami yaxın müddətdə bir sıra yeniliklərə imza atmaq niyyətindədi. Yaradıcı planlarımız çoxdu. Öncədən söyləmək niyyətində deyilik. İş tam hazır olduqdan sonra mətbuata təqdim edəcəyik. Hazırda isə onun yeni ifa etdiyim "Axtarma məni" adlı mahnı dinləyicilərin ixtiyarına verilib. Lirik janrda olan bu mahnı artıq "Youtube" kanalında da dinləyicilərə təqdim edilib. Düşünürəm ki, Niyam bu mahnıya ifası ilə yeni rəng qatıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31