Sevdiyinə görə karyerasından keçən gənc aktrisa

Cütlük birlikdə ABŞ-a köçüb orada yaşayacaq

Türkiyənin tanınmış gənc aktrisalarından biri olan Ceyda Ateş sevgilisi Buğra Toplusoya görə karyerasına ara verib. Türkiyə mətbuatının verdiyi məlumata görə, Ateş, ABŞ-da inşaat şirkəti quran Toplsoyla birlikdə olmaq üçün Mayamiyə köçəcək və orada universitedə aktyorluq təhsili alacaq. İki sevgilinin ABŞ-a köçmə qərarının bir səbəbi də, münasibətlərini şayiələrdən uzaqda yaşamaq istəmələri olduğu deyilir.

Xatırladaq ki, bir müddət əvvl, mətbuatda Buğra Toplusoyun Ceyda ilə münasibətlərinə görə ailəsi ilə problemlər yaşadığı haqqında xəbərələr yayılmışdı.  ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31