Azərbaycanın əməkdar artistinin gözü tutuldu

Əməkdar artist, sevilən sənətkar Kəmalə Rəhimlinin səhhətində problemlər yaranıb. publika.az-ın  məlumatına görə, sənətçinin bir neçə xəstəliyi var. Uzun illərdir ki, şəkər xəstəliyindən əziyyət çəkən müğənni xanımın gözündə də problemlər yaranıb, demək olar ki, görmür.Onu da öyrəndik ki, xanım sənətçinin müalicəsi maddi vəsait tələb edir. Bunu isə ödəməyə müğənninin imkanı yoxdur.Ağız açmağı qüruruna sığışdırmayan Kəmalə Rəhimliyə köməklik göstərilməsə, müğənnin sağlıq durumu sual altında olacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31