Tuba Ekincinin biabır olduğu anlar VIDEO
Tanınmış müğənni canlı efirdə mahnı oxuyarkən səsi çatmayıb
21 Yanvar 2014 10:18 MədəniyyətTürkiyənin telekanallarından birində qəribə bir hadisə baş verib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Show" kanalında Bülent Ersoyun qonağı olan tanınmış müğənni Tuba Ekinci aparıcı ilə duet oxuyub.Məlumata görə, Bülent Ersoy "Unuttun beni zalim" mahnısını oxuyarkən Tuba Ekinci də onu müşayiət etməyə çalışıb. Cütlük bir müddət birlikdə oxuduqdan sonra Bülent Ersoy oxumğını dayandırıb.Səhnədə tək qalan Tuba Ekincinin türk sənət musiqisinin nümunələrindən olan mahnını oxumağa səsi çatmayıb. Bu anlar vanlı efirdə də nümayiş olunub.Baş verənlər ötən gün sosial şəbəkədə geniş müzakirə mövzusu olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31