“Bir gecənin nağılı” tamaşasının premyerası oldu
17 Yanvar 2014 18:09 MədəniyyətAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rövşən Ağayevin "Bir gecənin nağılı" tamaşasının premyerası olub. Namiq obrazını aktyor Eşqin Quliyev, Gülnaz obrazını isə aktrisa Zülfiyyə Alhüseynova ifa edib. Tamaşanın mövzu dairəsi valideynlərin himayəsində olan, onların istəklərini yerinə yetirən övladların sıxıntılı, monoton həyatından bəhs edir. Komediya janrında olan tamaşada gənc qızın valieynlərinin istəyi ilə sevmədiyi şəxlsə ailə həyatı qurmağa təhrik edilməsindən söz açılır. Nişan gecəsi evdən qaçan qız yoldan ötən oğlana sataşaraq onunla ailə qurmaq istədiyini deyir. O belə addım atmaqda özünə haqq da verir: Ailənin təhriki ilə istəmədiyin oğlan ya da ki yoldan ötən birisi ilə ailə həyatı qurmağının nə fərqi var ki....
Gülnazdan fərqli olaraq tərəf müqabili Namiin xarakteri tamamilə fərqlidi. Nə qədər fərqli olsa da onlar arasında bir oxşarlıq da var. Bu oxşarlıq yalnız onların illərlə valideyn himayəsində yaşayaraq monoton həyatdan bezməsidi. Namiq öncələr bunu dərk etməsə də sonradan yaşadığı həyatın nə qədər cansıxıcı olmasının fərqinə varır. Hadisələr isə belə cərəyan edir:
Ata-anasının onu gözlədiyini, artıq gec olduğunu düşünən Namiq evə getməyə hazırlaşarkən yoldan ötən qız ona yaxınlaşaraq,mənimlə ailə həyatı qur, deyir. Qızın məqsədinin nə olduğunu, niyə ona evlənmək təklif etdiyini isə anlamır. Hər vəchlə özünü ondan uzaqlaşdırmağa çalışaraq, ümumiyyəltə evlənmək niyyətində olmadığını, elmlə məşğul olmaq, daha da yüksək pillələrə qalxmaq niyyətində olduğunu söyləyir. Yəqin ki, alim olmaq valideynlərini arzusu olub. Əks halda fikir müstəqilliyi olmayan birisi elmi adlara yiyələnmək arzusunda da olmazdı. Amma nədənsə qız inadından əl çəkmir, hər vəchlə qıcıqlandırıcı sözlər deyərək ona cəsarətli olmağı öyrədir. Nəhayət, istəyinə də nail olur. Ondan əl çəkməyəcəyini deyən Namiq Gülnaza sevgisini etiraf edir. Qız sevmədiyi birisi ilə bu gün nişan gecəsinin olduğunu, onunla görüşməklə nişanlsına xəyanət etdiyini deyərək artıq evə qayıtmaq istədiyini söyləyir. Oğlan isə inad edərək onunla evlənmək istədiyini deyir. Qız oğlanın sevgisinə yalnız ildırım çaxarsa, yağış yağarsa inanardı. Görüş vaxtı bitir, sevgililər ayrılır. Namiq hər gün onu görüşdükləri həmin parkda gözləyəciyini bildirir. Bir az keçmir ki, gy guruldayır, şimşək çaxır, yağış yağır. Sevgililər yenidən görüşür....Bir gecənin nağılı beləcə sona çatır.
Tamaşa auditoriyada da sözün yaxşı mənasında böyük ajiotaj yaratdı.
Nigar Məhərrəm