Bu film ilin ən yaxşısı seçildi
Filmin əsasında oğurlandıqdan sonra köləliyə məhkum edilən kişi, Salamon Nortapın avtobioqrafiyası dayanır
17 Yanvar 2014 18:27 MədəniyyətABŞ-ın Kino tənqidçiləri Assosasiyası (Broadcast Film Critics Association) "12 illik köləlik" filmini (12 Years a slave) 2013-cü ilin ən yaxşı filmi seçilib. Rusiya mətbuatının verdiyi məlumata görə, Stiv Makkuinin dramı 13 nominasiya üzrə mükafatlandırılıb. Filmin əsasında oğurlandıqdan sonra köləliyə məhkum edilən kişi, Salamon Nortapın avtobioqrafiyası dayanır. 2013-cü ilin ən yaxşı rejissoru "Qızıl qlobus" mükafatçısı olan meksikalı Alfonso Kuaron elmi-fantastik film olan "Qravitasiya" filminə görə seçilib. Assosasiya ən yaxşı aktyor işi kimi Metyu Makkonahinin "Alıcıların Dallas klubu" adlı filmdə Ron Vudruf rolu seçilib ki, buna görə də aktyor artıq "Qızıl qlobus" alıb. Ən yaxşı aktrisa nominasiyasına görə Keyt Blanşet "Jasmin" filmində roluna görə seçilib. Bu nominasiyaya görə aktrisa əvvəl "Qızıl qlobus" alıb. ans