Mərkəzi Elmi Kitabxana Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyi münasibəti ilə sərgi keçirdi
17 Yanvar 2014 16:48 MədəniyyətYanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasında Nizami adına Ədəbiyyat İnstitunun 80 illik yubileyi qeyd olundu. Bu münasibətlə Mərkəzi Elmi Kitabxana sərgi təşkil etmişdi.Sərgidə ədəbiyyat institutunun qurucularının, sabiq direktorlarının əsərləri, onlar haqqında yazılmış kitablar, həyat və fəaliyyətlərini əks etdirən virtual görüntülər, fotoşəkillər, həmçinin "Dünya ədəbiyyatı Azərbaycan dilində", "Ədəbi-bədii irsimiz", "Xarici dillərdə nəşr edilmiş Azərbaycan ədəbiyyatı", "Ədəbi tənqid və ədəbiyyatşünaslıq", Mərkəzi Elmi Ktabxananın nəşr edirdiyi kitablar, bibloqrafik göstəricilər və s. digər bölmələr üzrə kitablar nümayiş etdirlirdi. OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31