Məhsəti Gəncəvi haqqında Azərbaycan dilində əski əlifba ilə kitab nəşr olunub
17 Yanvar 2014 14:26 MədəniyyətMilli Məclisin deputatı, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovun Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edən kitabı nəşr edilib.
AMEA-nın məlumatına görə, ötən il tanınmış məhsətişünas alimin şairə haqqında monoqrafiyası dünya xalqlarının 20 dilində nəşr edilərək yayılıb. Yeni kitabın başlıca məziyyəti ondan ibarətdir ki, bu əsər Azərbaycan dilində əski əlifba ilə təqdim olunur.
Kitabda orta əsrlərdə qələmə alınan bir çox fars, ərəb, türkdilli məxəzlər əsasında şairənin mükəmməl elmi bioqrafiyası verilir, Azərbaycan intibahının misilsiz nümayəndələrindən olan M.Gəncəvinin Yaxın və Orta Şərqin ədəbi-fəlsəfi fikrinin inkişafına töhfələrindən bəhs edilir. Məhsəti xanımın yaradıcılığı yalnız Azərbaycan və Şərq ədəbiyyatının deyil, dünya mədəniyyəti kontekstində nəzərdən keçirilir. ("OLAYLAR"İA)