Türkan Şoray xəstəxanadan çıxdı
17 Yanvar 2014 18:37 MədəniyyətTürkiyə kinematoqrafının "Sultan"ı, canlı əfsanə Türkan Şoray cərrahiyyə əməliyyatına məruz qaldığı xəstəxananı tərk edib. AHT bildirir ki, iki gün xəstəxanada qalmış Türkan Şoray dünən qızı Yağmur Ünal və bacısı Nazan Şorayın müşayiəti ilə xəstəxananı tərk edib. İstanbuldakı Acıbadem Kadıköy xəstəxanasının qarşısında jurnalistlərin suallarını cavablayvan T.Şorayın dediyinə görə, əməliyyat çox yaxşı keçib."Daha yaxşı olacağam. Ən azı bir qədər arıqlayacağam. Qızım və bacılarım məni tək qoymadılar. Qızım dünyaya gələndə narkozun təsirindən çıxmağa başladığım anlarda Nazan mənə demişdi: "Bacı, çox gözəl qızın oldu". İndi də narkozun təsirindən çıxanda eyni səs "Bacı, əməliyyat yaxşı keçdi" söylədi", - Türkan Şoray deyib. Türkan Şoray hiperkortisizm sindromu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Milli.Az