Azərbaycanın xalq artisti iflic oldu

Xalq artisti, məşhur aktyor Ramiz Əzizbəylinin səhhəti kəskin pisləşib

Milli.Az xəbər verir ki, bu barədə məlumat aznews.az-a xalq artistinin yaxınlarından daxil olub. Məlumatda qeyd olunur ki, R.Əzizbəylinin ayaqları tamamilə tutulub, yataq xəstəsinə çevrilib.
Onun təcili əməliyyata ehtiyacı olduğu, lakin bunun üçün maddi imkanının olmadığı da gələn xəbərlər sırasındadır.
Xalq artistinin özü ilə əlaqə saxladıq. O, yayılan xəbərləri təsdiqləyib: "İflic vəziyyətindəyəm, gəzə bilmirəm, təcili əməliyyata ehtiyacım var".
Onun sözlərinə görə, ayaqları tamamilə tutulub: "Baxımsızlıq ucbatından əldən gedirəm".
R.Əzizbəyli müalicə və əməliyyat üçün maddi imkanının olmadığını da dilə gətirib: "Təqaüd də almıram ki, dava-dərmana verəm. Dövlətimi, dövlətçiliyimi sevirəm. Susmuşam, oturmuşam, gözləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31