Kıvanç Tatlıtuğ otel açır
17 Yanvar 2014 19:33 MədəniyyətTürkiyəli aktyor və model Kıvanç Tatlıtuğ otel açacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Sarıyer vilayətinin Qaripçe kəndində istədiyi ərazini alıb.
Kıvançın dəniz qırağında yerləşən sahəyə görə 5 milyon lirə (təxminən, 2 milyon AZN) ödəyəcəyi bildirilir. Hazırda "Kurt Seyt və Şura" serialının çəkilişləri üçün Rusiyada olan aktyor atasına memar tapmağı tapşırıb. K. Tatlıtuğ qayıtdıqdan sonra orada otel və restoran açacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31