Sinandan Ebruya romantik hədiyyə
17 Yanvar 2014 19:56 MədəniyyətTürkiyəli model Ebru Şallı yanvarın 15-də 37 yaşını qeyd edib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin sevgilisi, müğənni Sinan Akçıl ona sürpriz edib. İfaçı Ebruya 101 qızıl gül hədiyyə edib. Sinan çiçəkləri modelin evinin qapısına qoyub. Ebru Şallı bu hədiyyədən olduqca təsirlənib.
Qeyd edək ki, S. Akçıl və E. Şallı bu yaxınlarda gizlicə Avropa turuna çıxıb. Cütlük Milan və Parisdə istirahət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31