“Yetenek sizsiniz Türkiyə”də Azərbaycan qalibiyyəti - FOTO

Azərbaycanın rəqs qrupundan daha bir uğur

Azərbaycanı "Yetenek sizsiniz Türkiyə" televiziya müsabiqəsində təmsil edən "Crazy Eyes" rəqs qrupu daha bir uğura imza atdı. Belə ki, qrupun rəhbəri Arif Məmmdəovun verdiyi məlumata görə, rəqs üzrə Azərbaycan çempionu və 2013-cü ilin ən yaxşı rəqs kollektivi seçilən "Crazy Eyes" qrupu "Yeteneksizsiniz Türkiyə" yarışmasının 1-ci turunu jürilərdən yekdilliklə "Evet"lər  alaraq başa vurduqdan sonra bugünlərdə 2-ci turuna qatılıb:

"Çəkilişlər İzmir şəhərində keçirildi. 2-ci turun şərtlərinə görə yarımfinal mərhələsinə keçən iştirakçını tamaşaçı zalı səsverme yolu ilə müəyyən edirdi. Bu səfər qrupumuzla 6 reqqas ve 2 musiqiçi ile xüsusi nömre hazırlamışdıq. Milli alətlərlə canlı müşayəti ilə "hip-hop" reqslərin sintezi həm münsiflər heyəti, həm də tamaşaçıları heyrətləndirdi. Layihənin rəhbəri Acun İllacalı qrupun rəqsini 2-ci tur üçün daha yaxşı olduğunu və daha yuxarı tura layiq olduğunu qeyd etdi. Alp isə bu yarışmanın tarixi boyu hələ belə rəqs qrupu görmədiyini bildirdi. Bütün bunlar həqiqətən bir uğurdur və bizi sevindirməyə bilməzdi. Sonda tamaşaçıların sesverməsi ilə qrupumuz həftə birincisi oldu ve yarımfinala vəsiqə qazandı" - deyə, prodüser fərəhlə sevincini gizlədə bilmədi.

Xatırladaq ki, "Crazy Eyes" rəqs qrupunun bu uğurunu televiziya tamaşaçıları yanvarın 18-i, yəni bu həftənin Şənbə günü yerli vaxtla 22:00-da Türkiyənin "Star" telekanalının "Yetenek sizsiniz" verilişində izləyə biləcəklər.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31