Acun İlıcalı "bomba partladacaq"
Türk televiziyalarının ən çox izlənilən yarışma proqramlarının prodüseri yeni verilişlə efirə gələcək
16 Yanvar 2014 18:17 Mədəniyyətİndiyə qədər '"Fear Faktor", "Survivor"', '"Varmısın, Yokmusun", "Yetenek Sizsiniz Türkiyə", "Yok Böyle Dans" və "O Ses Türkiye" kimi türk televiziyalarının ən çox izlənilən yarışma proqramlarının prodüsseri, münsifi və yaradıcısı olan Acun İlıcalı keçən ay TV8-i satın alaraq media müdiri olub. TV8-i aldıqdan sonra kanalda köklü dəyişikliklər aparan İlıcalı yeni proqramlarla da izləyicilərin qarşısına çıxır.
Media sektoruna daxil olan Acun İlıcalı TV-dən sonra keçdiyimiz mövsüm dünyanın ən çox satılan formatlarından biri olan "Rising Star"ın Türkiyə haqqlarını satın alıb. Onun satın aldığı məbləğ açıqlanmasa da, bunun fantastik rəqəm olduğu bildirilir.
"Rising Star" Almaniya, İtaliya və ABŞ-da nəşrə hazırlanarkən Acun İlıcalının bu formatdakı verilişi TV8-də və ya başqa bir kanalda olacağı məlum deyil.
Formatının mahnı yarışması olmasına görə, bunun "O Ses Türkiye"də yayımlanıb-yayımlanmayacağına Acun İlıcalı qərar verəcək.
Acun İlıcalı yaxın gələcəkdə hədəfinin Türkiyədəki ən böyük 3 kanaldan biri olmaq olduğunu deyib.