Ayanın geyim kaloriti
16 Yanvar 2014 15:08 MədəniyyətMüğənni Ayan Babakişiyevanın mahnılarını sevən auditoriyası, onun xarici görünüşünə də biganə deyil. Bu günlərdə maraqlı geyim tərzi ilə görünən Ayanın rəng seçiminə diqqət çəkdi. Qarderobunda qara rənglərə üstünlük verən Ayan, gənc olmasına baxmayaraq, bu seçimə ehtiyatla yanaşmır. Baxmayaraq ki, qara rəngi bəzən düşər-düşməzliyi sınayanlar var. Ayan isə belə düşüncələrdən uzaq olduğunu və rəngə başqa prizmadan baxdığını deyib. "Bahalı markalarda qara üstünlük verilən rəngdir. Qara geyimlərdə ən çox sevdiyim rəngdir. Bir də ki, bu rəngi özümə yaraşdırıram. Elə insan var, qara rəngini boğur, sevdiyi geyimdə arzuladığı kimi görünə bilmir. Məndə belə problem yoxdu. Qara geyimdə özümü əhval-ruhiyyəli hiss edirəm". "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31