“İrs” jurnalında Mehriban Əliyevanın muğam haqqında məqaləsi dərc edilib
16 Yanvar 2014 14:38 MədəniyyətAzərbaycanın Yaponiyadakı səfirliyinin və "İRS-Isan" jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə "İrs" jurnalının yapon dilində növbəti nömrəsi nəşr edilib. "OLAYLAR"-ın xəbərinə görə, jurnalda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında məqaləsi oxuculara təqdim olunur. Məqalədə muğam sənəti, Azərbaycan muğam məktəbi və onun görkəmli nümayəndələri haqqında geniş məlumat verilir, Azərbaycan muğam sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələrindən bəhs olunur. Jurnalda tanınmış yapon iqtisadçı-eksperti Kazuyasu İşidanın "Yeni zirvələr fəth edən Azərbaycan" və JİJİ PRESS informasiya agentliyinin müxbiri Yokoi Hirominin "Odlar yurdu Azərbaycana səyahət" başlıqlı məqalələrilə də tanış olmaq mümkündür.