Ebru Gündəş Rza Zərrabın hədiyyəsindən pul qazandı
16 Yanvar 2014 14:05 Mədəniyyətİş adamı Rza Zərrabın həbsindən sonra ağır günlər keçirən müğənni Ebru Gündəşdən xoş xəbər var. SİA-nın verdiyi xəbərə görə, müğənni həyat yoldaşının ona hədiyyə etdiyi atdan pul qazanıb. Belə ki, İstanbulun məşhur Vəliəfəndi Hippodromunda E. Gündəşin sahibi olduğu 6 yaşındakı "DutyFree" yarışda qalib gələrək, sahibinə nə az, nə çox 46 min 500 lirə (təxminən 20 min manat) pul mükafatı qazandırıb.
Qeyd edək ki, Rza Zərrab "DutyFree" adlı ingilis atını ötən il Ebru Gündəşin ad gününə hədiyyə etmişdi. Həmin vaxt atın qiymətinin 800 min TL (təxminən 400 min manat) olduğu deyilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31