Hadisənin pulunu kəsdilər - 250 min avro

Türkiyəli müğənni Hadisə bir müddət əvvəl əməkdaşlıq etdiyi "Trendyol" şirkətini məhkəməyə verib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi şirkətdən 250 min avro almalı olduğunu, lakin məbləğin ödənmədiyini bildirib: "Başqa markanın reklamını etdiyimi, bacımla işbirliyi qurduğumu və "Trendyol"un tanıtımını yaxşı aparmadığımı əsas gətirərək mənimlə müqaviləni ləğv ediblər. Mən yalnız dəb və elektron alış-veriş sektoruna dair qurumlarla əməkdaşlıq etməyəcəyimi bildirmişdim. Reklamına çəkildiyim "Nestle" bu sahələrə aid deyil. Bacımla daimi ticarət əlaqələrimiz yoxdur. Mənim adım çəkiləndə hər kəsin ağlına "Trendyol" gəlir. Yəni tanıtımın yaxşı aparılmaması da düzgün iddia deyil". Qeyd edək ki, "Trendyol"la Hadisə 500 min avro məbləğinə razılaşıb. Şirkət pulun yarısını ödədikdən sonra müqaviləni ləğv edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31