İbrahim Tatlısəsin sabiq arvadı ondan qisas alır?
16 Yanvar 2014 19:47 MədəniyyətTürkiyənin ən məşhur sənətçilərindən biri İbrahim Tatlısəs arvadı Derya Tunadan boşanandan sonra sabiq xanımını "O mənim ana kraliçamdır, həmişə qoruyacağam onu" desə də, Derya xanım sənətçini bağışlamayıb. AHT istinadən bildirir ki, Tatlısəsin bütün səylərinə rəğmən, Derya Tuna sabiq ərini görmək və danışdırmaq istəmir. Bundan başqa, İbrahim Tatlısəsin son xanımı Ayşegül Yıldızla boşanmasının səbəbləri arasında İstanbulun Etiler səmtindəki "Tatlısəs Kabab" restoranını Derya Tunaya bağışlaması ilə bağlı dava olduğu da vurğulanır. Dərya Tuna restoranda bir ay sürən təmiri başa çatdırıb.
Maraqlı odur ki, "Tatlısəs Kabab" restoranının salonlarından İbrahim Tatlısəsin fotolarının hamısı götürülüb. İ.Tatlısəsin restoranlarında sənətçinin müxtəlif vaxtlarda, müxtəlif insanlarla çəkdirdiyi fotolar var və bu, artıq "yazılmamış qanun" sayılırdı.
D.Tuna isə təmir etdirdiyi restoranda İ.Tatlısəsin fotolarını yağlı boya ilə çəkilmiş rəsmlərlə əvəzləyib.
Bu qərarın səbəbini soruşanda isə Derya Tuna deyib: "İnteryer dizaynının daha yaxşı, fərqli olması üçün belə etdim". Milli.Az