"Eurovision–2014"-ə akkreditasiyaya başlayır

Yanvarın 21-dən "Eurovision-2014" Mahnı Müsabiqəsinə akkreditasiyaya start veriləcək.  Müsabiqənin rəsmi saytının yazdığına görə, akkreditasiya "Eurovision Family Accreditation System" vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, yanvarın 21-də Mərkəzi Avropa vaxtı ilə saat 12:00-dan başlanacaq akkreditasiya aprelin 11-dək davam edəcək.

Xatırladaq ki, Danimarkanın Kopenhagen şəhərində "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" Mahnı Müsabiqəsinin birinci və ikinci yarımfinalları mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31