Ancelina Coli və Bred Pitt 7-ci uşağı övladlığa götürəcəklər

Əvvəlcə cütlük uşağı İordaniyadan götürmək istəyirdilər amma orada sənəd işlərində çətinlik çıxdığından fikirlərindən dönüblər

Ulduz cütlük Ancelina Coli və Bred Pitt daha bir uşağı övladlığa götürmək istəyirlər. Rusiya mətbuatının verdiyi məlumata görə, 7-ci körpənin də qız olacağı ehdimal edilir. Xarici mediada yazılanlarda bildirilir ki məşhur cütlük 2 və ya 3 yaşlı qız uşağını ailələrinə daxil etmək istəyirlər. Hamıdan çox bu xəbərə övladlığa götürülən 8 yaşlı Zaxara sevinib, çünki ola bilsin ki övladlığa götürülən uşaq Zaxaranın doğulduğu Efiopiyadan gəlsin. Bundan əlavə olaraq Ancelina və Pitt Efiopiyada QİÇS xəstələri üçün klinika tikdirirlər. Aprel ayında aktyor və aktrisa özləri ora səfər edəcəklər.
 Xatırladaq ki, 38 yaşlı Coli və 50 yaşlı Bred 6 uşaq tərbiyə edirlər. Bunlar 12 yaşlı Meddoks, 9 yaşlı Paksa, 7 yaşlı Şaylo, 8 yaşlı Zaxar və 5 yaşlı əkizlər Noks və Viven. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31