Acunun sevgilisindən şok açıqlama

Şeyma: "Həyat yoldaşından boşana bilmir, amma mənə söz verib. Qızımı atasız böyütmək istəmirəm”

Türkiyənin məşhur aparıcısı, prodüseri, TV8-in sahibi Acun evlilikdən kənar münasibətlərindən bir qız övladı dünyaya gətirən sevgilisi Şeyma Subaşıya hədiyyə olaraq mağaza bağışlayıb. Türkiyə mətbuatınn verdiyi məlumata görə, aylıq kirayəsi 20 min lirə olan məkandan gələn pulla ticarəti genişləndirməyi düşünən Şeymanın açıqlamaları da təəccüb doğurub: "Acun mənimlə evlənəcək. Həyat yoldaşından boşana bilmir, amma mənə söz verib. Qızımı atasız böyütmək istəmirəm".
Acun sevgilisi üçün daha əvvəl də Nişantaşında bir mağaza almışdı.
Xatırladaq ki, Zeynəb İlıcalı 2010-cu ildə Acunun Şeyma ilə münasibətlərindən xəbər tutanda "Mənə xəyanət etdi" deyərək boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Amma daha sonra cütlük yenidən barışmışdı. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31