Dünya şöhrətli italiyalı müğənni Azərbaycana gəlir

O, Heydər Əliyev Mərkəzində konsert verəcək

Heydər Əliyev Mərkəzində İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi Alessandro Safinanın konserti keçiriləcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə,  dünya akademik səhnəsinin məşhurlarından biri Alessandro Safina Bakıda tezliklə təşkil olunacaq ilk konsertində hitə çevrilmiş və müxtəlif ölkələrdə sevilən mahnılarını təqdim edəcək. Heydər Əliyev Mərkəzində təşkil olunacaq musiqi gecəsində müğənninin "Luna", "Besame Mucho" və s. məşhur mahnıları səslənəcək. Alessandro Safina klassik və populyar musiqi janrlarını birləşdirməklə sənətdə "opera roku" adlandırılan yeni üslub yaradıb. O, 1999-cu ildə özündə opera, soul və müzikl elementlərini cəmləşdirən "Insieme a Te" albomunu buraxdırıb. "Luna" sinqlının yer aldığı diski isə dünyada milyonların qəlbini fəth eləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31