Ledi Qaqa ana olacaq?

Hər zaman qeyri-adi hərəkətləri ilə seçilən müğənni Ledi Qaqa ana ola bilər.  axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ifaçının sevgilisi Teylor Kinni ondan uşağı olmasını istəyir.  Bu barədə danışan Teylor anasının arzusunu reallaşdıracağını söyləyib:
"Mən düşünürəm ki, tezliklə ata olmalıyam. Anam da nəvəsinin dünyaya gəlməsini istəyir. O, Qaqanı tanıyır və münasibətimizin ciddiliyinin fərqindədir. Buna görə də çox xoşbəxtəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31