Castin Biberin villası axtarıldı, dostu tutuldu - FOTO

Populyar müğənni, kanadalı Castin Biberin ABŞ-ın Kaliforniya ştatındakı Kalabasas şəhərindəki villasına polis basqını olub. Biberin qonşusu polisə şikayətlənərək müğənninin onun evinə və həyətinə yumurta atdığını bildirərək şikayətlənmişdi. Milli.Az TMZ-yə istinadən bildirir ki, qonşu onu da bildirib ki, müğənni ona söyüb, təhqir edib, sonra da çoxlu yumurta atıb. "O, mənə ən azı 20 min dollarlıq ziyan vurub", - qonşu bildirib. 19 yaşlı müğənni bu iddiaları rədd edir. Müğənniyə qarşı irəli sürülmüş iddialar təsdiqlənərsə, onu 3 ilədək həbs gözləyir.  Dünən isə polis Biberin ən yaxın dostlarından biri, qaradərili reper Lil Zanı həbs edib.
Castin Biberin qonşusuna yumurta atması ilə bağlı olaraq müğənninin malikanəsində aparılmış axtarış zamanı orada "ekstazi" narkotik maddəsinin bir forması olan "molli" və "ksanaks" trankvilizatoru tapılıb. Bu narkotik maddələrdən Lil Zanın istifadə etdiyi güman olunur.
Əsl ad və soyadı Ksavye Smit olan Lil Za kanadalı Castin Biberin ən pis dostlarından biri sayılır. Biberin valideynlərinin dediklərinə görə, Lil Za Biberə çox pis təsir edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31